USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ziyafət Əsgərov vitse-spiker kimi Naxçıvanı - TƏMSİL EDƏCƏK

23.09.2024 Siyasət
0 0
Xəbər verdiyimiz kimi, bu gün VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.

Kommersant.az xəbər verir ki, əvvəlki çağırışlardan fərqli olaraq bu dəfə vitse-spikerlərin sayı üç deyil, dördə bərabər olub.

Belə ki, VI çağırışda vitse-spikerlər müvafiq olaraq seçkilərdə qalib gələn partiyanı, bitərəfləri və müxalifəti təmsil edən şəxslər olmuşdu.

VII çağırışda isə Naxçıvan Muxtar Respublikasını təmsil edən vitse-spiker də fəaliyyət göstərəcək.

Bu vəzifəni Ziyafət Əsgərov icra edəcək.

Xatırladaq ki, Ziyafət Əsgərov 1 saylı Şərur-Sədərək seçki dairəsindən millət vəkili seçilib. O, I çağırışdan bəri Milli Məclisin deputatdır. Z.Əsgərov II, III, IV və V çağırış parlamentdə də vitse-spiker olub.

Qeyd edək ki, Ziyafət Əsgərovdan əlavə, Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, Musa Qasımlı və Rafael Hüseynov isə sədrin müavinləri seçiliblər.