USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin siyasi rəhbərliyindən siyasət və büdcə dəstəyi vədi

26.09.2024 Siyasət
0 0
Ölkəni idarə edən Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosu prezident və partiyanın baş katibi Si Cinpinin sədrliyi ilə iqtisadi vəziyyəti qiymətləndirmək üçün toplaşıb. 24 nəfərdən ibarət Siyasi Büronun iclasından sonra verilən açıqlamada özəl sektorun bizneslərini dəstəkləmək və daşınmaz əmlak sektorunda geriləmənin qarşısını almaq üçün lazımi büdcə xərclərinin edilməsi istənilib.

Çinin Sinxua agentliyinin xəbərinə görə, ölkəni idarə edən Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosu prezident və partiyanın baş katibi Si Cinpinin sədrliyi ilə iqtisadi vəziyyəti dəyərləndirmək üçün toplaşıb. Ölkənin ali idarəetmə orqanı olan 24 nəfərdən ibarət Siyasi Büronun iclasından sonra verilən bəyanatda özəl sektorun sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və daşınmaz əmlak sektorunda tənəzzülün qarşısının alınması üçün lazımi büdcə xərclərinin ayrılması istənilib.

Ölkə iqtisadiyyatı üçün hədəf: 5 faiz artım

Mövcud iqtisadi vəziyyətin hərtərəfli və obyektiv qiymətləndirilməsinin zəruriliyinə diqqət çəkən bəyanatda, mərhələli yeni siyasətlərlə bu il “5 faiz civarında” artım hədəfinə nail olmaq üçün mövcud siyasətlərin vasvasılıqla həyata keçirilməsi və səylərin artırılmasının vacibliyi vurğulanıb.