USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan-Putin görüşünün vaxtı açıqlanıb

26.09.2024 Siyasət
0 0
Rusiya prezidenti Vladimir Putin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşündən sonra oktyabrda Kazanda prezident Rəcəb Tayyib Ərdoğanla yenidən görüşəcəyini və BRİKS sammitində onunla ayrıca görüş keçirməyi planlaşdırdıqlarını açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ilə görüşüb. Kremldən verilən açıqlamaya görə, Putinin Kurtulmuş ilə Kreml sarayında keçirdiyi görüşdə Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının sədri Valentina Matviyenko da iştirak edib.

Görüşün əvvəlindəki çıxışında Kurtulmuşun Rusiyada çox sıx iş qrafiki olduğunu bildirən Putin, “Türkiyə Cümhuriyyəti ilə əlaqələrimizin hər sahədə, o cümlədən parlamentdə inkişafından çox məmnunuq” dedi.