USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya prezidenti Ştaynmayer İtaliyada nasist qırğınına görə üzr istəyib

30.09.2024 Siyasət
0 0
Almaniya prezidenti Frank-Valter Ştaynmayer 1944-cü ildə faşistlərin İtaliyanın Marzabotto şəhərində 770 nəfəri qətlə yetirməsinə görə üzr istəyib.

Mərasimdəki çıxışında Ştaynmayer, "Burada sözlər yetərli deyil. 80 il əvvəl Monte Soledə baş verənləri təsvir etməyə bunlar kifayət deyil. Nə qədər qəddarlıq, nə qədər ağrı var. Burada həyatı məhv olan o qədər insan var ki..." dedi.

Bu gün burada çıxışının 80 il əvvəl həyatını itirənlərin yaxınlarının almanlarla barışması sayəsində olduğunu bildirən Ştaynmayer:

"Almaniya prezidenti olaraq yalnız ağrı və utanc hissi keçirirəm. Ölənlərin qarşısında baş əyirəm. Bu gün ölkəm adından sizdən üzr istəyirəm”.

İtaliya prezidenti Mattarella da almaniyalı həmkarına qətliamın ildönümündə onunla birlikdə anmağa gəldiyinə görə təşəkkür edib.

Mattarella, "Bütün bu vəhşicəsinə qətlə yetirilən həyatlar qarşısında başımızı əymək, bu torpaqlarda və bu cəmiyyətlərdə qeyri-insani faşist nasist vəhşiliyinin açdığı uçurumları ən güclü həmrəylik hissləri ilə doldurmaq üçün buradayıq. yadda saxlamaq üçün buradayıq, çünki yaddaş məsuliyyət tələb edir" söyləyib.

Mattarella bildirib ki, İtaliya, Almaniya və Avropa o cəhənnəmdən azadlıq, sülh, demokratiya, hüquq və cəmiyyət qurmaqla, yeni təhlükəsizlik qurmaqla qalxıblar.

Marzabottoda baş verənlər İkinci Dünya Müharibəsinin son illərində nasistlərin İtaliyada törətdiyi ciddi qırğınlardan biri kimi tanınır.

İtaliyanın Bolonya yaxınlığındakı Marzabotto qəsəbəsində 29 sentyabr - 5 oktyabr 1944-cü il tarixləri arasında nasist qoşunları qadın, uşaq və qocalar da daxil olmaqla 770 dinc sakini qətlə yetirdilər.