USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran İsrailin Yəmənə hava hücumunu pisləyib

30.09.2024 Siyasət
0 0
İran İsrailin Yəmənin Hudeydə şəhərinə endirdiyi hava hücumunu pisləyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi yazılı açıqlamada İsrailin Yəmənin Hudeydə limanının mülki infrastrukturunu hədəf alan hücumunu “sionist rejimin anti-insani mahiyyətinin göstəricisi” kimi qiymətləndirib.

Hücumu qınayan Kenani, İsrailin ABŞ-ın dəstəyi ilə cinayət törətməyə davam etdiyini ifadə edərək, "Vaşinqton Tel-Əvivi idarə edən cinayət şəbəkəsinin törətdiyi cinayətlərdə ortaqdır" deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İsrailin mülki infrastrukturlara hücumlarına qarşı məsuliyyət daşıdığını xatırladan Kenani, İsrailin bölgədə müharibə qızışdırmasının beynəlxalq sülh baxımından nəticələrinə görə birbaşa ABŞ başda olmaqla Təl-Əvivi dəstəkləyənlərin məsuliyyət daşıdığını bildirib.

Qəzza və Beyrut başda olmaqla bölgədə hücumlarını davam etdirən İsrail axşam saatlarında Yəmənin qərbindəki Hudeydə şəhərini hədəf alıb.

İsrail qüvvələri çoxlu döyüş təyyarələrinin Hudeyda limanı və elektrik stansiyalarını vurduğunu açıqlayıb.