USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

VII çağırış Milli Məclisinin payız sessiyası öz işinə başlayıb

30.09.2024 Siyasət
0 0
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyası öz işinə başlayıb.

Kommersant.az-ın məlumatına görə, bu gün payız sessiyasının növbəti iclası keçirilir.

Sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək. İclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib.

Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.