USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiyada yeni baş nazir elan edilib

01.10.2024 Siyasət
0 0
Yaponiyanın 102-ci baş naziri İşiba Şigeru oktyabrın 27-də keçirilməsi planlaşdırılan növbədənkənar ümumi seçkilərə qədər vəzifəsini icra edəcək.

Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) yeni lideri İşiba Şiqeru Nümayəndələr Palatasında keçirilən növbədənkənar sessiyada ölkənin baş naziri seçilib.

Yaponiya parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasında (Şuuqin) keçirilən sessiyada parlament üzvləri ölkənin yeni baş nazirinin seçilməsinə səs veriblər.

İşiba Şiqeru, partiyası LDP və ortağı Komeitonun üstünlük təşkil etdiyi 465 yerlik Şuuqində 291 “hə” səsini toplayaraq Yaponiyanın 102-ci baş naziri oldu.

LDP-nin ötən həftə keçirilən rəhbər seçkilərində ikisi qadın olmaqla 9 namizəd iştirak edib. 1970-ci illərdən bəri LDP-də ən çox namizəd olması diqqət çəkirdi. Seçkilərin ikinci turunda İşiba qadın rəqibi Takaiçi Sanaeni məğlub edərək yeni LDP lideri seçildi.

Yeni kabinetini açıqlamağa hazırlaşan İşiba, İmperator sarayında keçiriləcək mərasimlə vəzifəsinə başlayacaq.