USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda uçuşların ləğvi müddəti uzadılıb

02.10.2024 Siyasət
0 0
Uçuşların təhlükəsizliyin qorunması və bölgədəki şəraiti nəzərə alaraq İranda bütün uçuşların ləğvi müddəti 3 oktyabr saat 05:00-dək uzadılıb.

Kommersant.az-ın məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazərlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bilet almış sərnişinlərin pulu onlara geri qaytarılacaq.

Yazərlu deyib ki, uçuşların bərpa olunması ilə əlaqədar məlumat ictimaiyyətə çatdırılacaq. Həmçinin hava yolları şirkətləri gələn günlərdə uçuşların həyata keçirilməsi haqda lazımi məlumatları verəcəklər.

Qeyd edək ki, İranın Mülki Aviasiya ötən gecə ölkə səmasında uçuşların 2 oktyabr yerli vaxtla saat 10:00-dək ləğv edildiyini elan edib.

Xatırladaq ki, 1 oktyabrda İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə onlarla ballistik raket atdığını elan edib.