USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Microsoft-dan İtaliyaya böyük “bulud” investisiyası

03.10.2024 Siyasət
0 0
Texnologiya nəhəngi Microsoft, hipermiqyaslı bulud və süni intellekt məlumat mərkəzi infrastrukturunu genişləndirmək üçün İtaliyaya 4,3 milyard avro sərmayə qoyacaq.

İnvestisiya şirkətin İtaliyaya qoyduğu ən böyük investisiya olacaq.

Bu addımla İtaliyanın şimalındakı bulud sənayesi regionu Microsoftun Avropadakı ən böyük məlumat mərkəzlərindən birinə çevriləcək.

İtaliyadakı məlumat mərkəzi, həmçinin Aralıq dənizi və Şimali Afrika üçün məlumat mərkəzi kimi xidmət edəcək.

Microsoftdan edilən şərhə görə; Texnologiya nəhəngi 2025-ci ilin sonuna qədər hipermiqyaslı bulud və süni intellekt məlumat mərkəzi infrastrukturunu genişləndirmək və 1 milyondan çox italiyalıya rəqəmsal bacarıqların öyrədilməsi üçün 4,3 milyard avro xərcləyəcək.