USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya Livandakı vətəndaşlarını təxliyə etməyə hazırlaşır

03.10.2024 Siyasət
0 0
Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus iki nəqliyyat təyyarəsi Livandakı yapon vətəndaşlarını təxliyə etmək üçün Yunanıstan və İordaniyaya göndərilib.

Bildirilib ki, Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) aid iki C-2 tipli nəqliyyat təyyarəsi səhər saat 08:00 radələrində Tottori əyalətindəki Miho Hərbi Hava Bazasından çıxaraq Yunanıstan və İordaniyaya istiqamət alıb. Yaponiya hökumətinin Livandakı təxminən 50 vətəndaşını təxliyə etmək üçün səylərini davam etdirdiyi öyrənilib.

Hayaşi: "Biz ciddi şəkildə narahatıq"

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi mövzu ilə bağlı verdiyi açıqlamada, "İranın İsrailə hücumu da daxil olmaqla, Yaxın Şərqdəki mövcud vəziyyətdən ciddi şəkildə narahatıq" dedi.

Bölgədə gərginliyin artmasının qəbuledilməz olduğunu qeyd edən Hayaşi, bütün əlaqədar tərəfləri mötədilliyə çağırıb:

"Hələlik bölgədə Yaponiya vətəndaşlarına hər hansı bir zərərlə bağlı məlumat yoxdur. Vətəndaşlarımızı qorumaq üçün hər cür tədbir görəcəyik".