USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransada yeni hökumət varlılar üçün vergiləri artıra bilər

03.10.2024 Siyasət
0 0
Fransa artan dövlət borcunun öhdəsindən gəlməyin yollarını axtararkən, növbədənkənar ümumi seçkilərdən sonra hakimiyyətə gələn yeni hökumət büdcə kəsirini bağlamaq üçün xərcləri azaltmaq, eləcə də varlı fransız xalqı və şirkətləri üçün vergiləri artırmaq istəyir.

Fransa prezidenti Emmanuel Makron, təmaslar üçün getdiyi Almaniyanın paytaxtı Berlində, ölkəsində pisləşən maliyyə vəziyyəti qarşısında yeni hökumətin dövlət borclarını azaltma planını dəyərləndirdi.

Makron bildirib ki, bu məsələdə həll yolu “nə sosial xərcləri azaltmaqla qısamüddətli tənzimləmə, nə də həddindən artıq vergitutmadır”.

60 milyard avro qənaət və vergi artımı nəzərdə tutulur

Baş nazir Barnier, Parlamentin Baş Assambleyasında etdiyi ümumi siyasət çıxışında ölkənin dövlət borcunun azaldılması lazım olduğunu və büdcə kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətini bu il yüzdə 5-ə endirməyi hədəflədiklərini söyləyib.

Barnier qeyd edib ki, bunun üçün dövlət xərclərini azaltmalı və ciddi gəlir əldə edən şirkətlərdən və ən varlı fransızlardan vergi tələb etməli olacaqlar.