USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan öz vətəndaşlarına təcili çağırış: İsraili tərk edin

03.10.2024 Siyasət
0 0
Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov Rusiya vətəndaşlarına İsraili tərk etmələri barədə xəbərdarlıq edib. Bəzi hava yollarının müntəzəm uçuşlarına davam etdiyini bildirən Viktorov Rusiya vətəndaşlarına bu fürsətdən istifadə etməyi tövsiyə edib.

Bəzi hava yollarının müntəzəm uçuşlarına davam etdiyini bildirən Anatoli Viktorov Rusiya vətəndaşlarına İsraili tərk etmələri barədə xəbərdarlıq edib. TASS xəbər agentliyinə açıqlamasında Viktorov regionda vəziyyətin daha da pisləşdiyini bildirib və İsrailə getməmək barədə tövsiyələrini təkrarlayıb.

İranın İsrailə raket zərbələri

İran İnqilab Keşikçiləri Korpusu oktyabrın 1-də İsrailə raket hücumunun İranın “milli təhlükəsizliyini” hədəf aldığını bildirib. Hücumun HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və iranlı briqada generalı Abbas Nilfuruşanın öldürüldüyü İsrail hücumlarına cavab olaraq həyata keçirildiyi deyilib.

İran dövlət televiziyası daha sonra İsrailə 200-ə yaxın raket atıldığını və hipersəsli Fettah-1 raketlərinin ilk dəfə istifadə edildiyini açıqlayıb. Raketlər buraxıldıqdan sonra bütün ölkədə, xüsusən də Tel-Əvivdə sirenlər səslənib. İsrailin baş naziri Binyamin Netanyahu verdiyi video açıqlamada İranın raket hücumu ilə "böyük səhv etdiyini və əvəzini ödəyəcəyini" deyib.