USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ-dən Livana 30 milyon avroluq əlavə humanitar yardım

03.10.2024 Siyasət
0 0
Avropa İttifaqı (Aİ) Komissiyası İsrailin hücumlarından zərər çəkən Livana 30 milyon avro dəyərində əlavə humanitar yardımın ediləcəyini açıqlayıb. Sözügedən yardımın sentyabrın 29-da açıqlanan 10 milyon avroya əlavə ediləcəyi və bu il ümumi yardım məbləğinin 100 milyon avronu keçdiyi bildirilib.

Livan və Qəzzada atəşkəs çağırışını təkrarlayan AB Komissiyasının sədri Ursula fon der Leyen, Yaxın Şərqdə artan gərginlikdən narahat olduğunu ifadə edərək, "Bütün tərəflər günahsız mülki insanların həyatını qorumaq üçün əllərindən gələni etməlidirlər. Bu gün Livan xalqına humanitar yardımımızı artırırıq" deyib.

AB Komissiyasının humanitar yardımdan məsul üzvü Janez Lenarçiç də yardımın münaqişələrdən təsirlənənlərə tez çatdırılmasının həyati əhəmiyyət daşıdığını bildirib.

İsrailin Livana hücumları nəticəsində 1374 nəfər ölüb

Livan hakimiyyətinin məlumatına görə, Hizbullahın istifadə etdiyi rabitə vasitələrinin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1374 nəfər ölüb. İsrailin bombardmanları nəticəsində yüz minlərlə insan ölkə daxilində didərgin düşüb. Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, on minlərlə insanın Suriyaya köç etdiyi bildirilir.