USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xamenei “Biz ən yüngül cavabı verdik” deyib

04.10.2024 Siyasət
0 0
İsrailin Livanda Hizbullah lideri Nəsrullahı öldürməsinin əks-sədası davam edərkən, İranın İsrailə hücumu böyük şok yaradıb. İsrailin bu hücuma necə cavab verəcəyi maraq doğursa da, İranın dini lideri Ayətullah Xamenei növbəti dəfə düşmənə meydan oxudu. Cümə xütbəsində danışan Xamenei lazım gələrsə İsraili yenidən vuracaqlarını və “qaniçən quduz itə” ən yumşaq cavabı verdiklərini bildirib.

İsrailin Livana qarşı hücumları artmaqda davam edir. Hücumlar səbəbiylə minlərlə insan köç etdikcə, müharibənin daha da böyüyəcəyi ilə bağlı narahatlıqlar artır.

İsrailin Hizbullah lideri Nəsrullahı öldürməsi dünyanı şoka salarkən, iki gün əvvəl İranın Təl-Əvivə hücumu ilə müharibə daha da böyüdü. İsrailin bu hücuma cavab verməsi gözlənildiyi halda, İranın dini lideri Xamneyidən yeni təhdidlər gəldi.

“Bütün İslam ölkələri hazır olmalıdır”

Tehranda cümə namazından sonra çıxış edən Xamenei ilk olaraq müsəlman dünyasını birliyə çağırıb.

“Cavabımız qanuni və qanuna uyğundur”

Fələstin xalqının düşmənə qarşı qiyam etmək haqqının olduğunu bildirən Hamey, "Fələstin fələstinlilərindir. Onlar öz torpaqlarını müdafiə edirlər" deyib.

Livanlıların da haqlı olaraq Fələstini dəstəklədiyini vurğulayan Xamenei, "Heç kimin bu qanuni dəstəyi tənqid etməyə və niyə sahəyə girirsiniz deməyə haqqı yoxdur. Silahlı qüvvələrimiz iki gün əvvəl hərəkətə keçdi və biz qanuni olaraq bu əməliyyatı təşkil etdik. Bu cavab tamamilə qanuni və qanuna uyğundur” dedi.