USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İngiltərə Baş Naziri Starmer: İsrailə bütün silah satışını dayandırmaq düzgün olmazdı

08.10.2024 Siyasət
0 0
İsrailə silah satışını tamamilə dayandırmaq fikri ilə razılaşmadığını ifadə edərək, "Bütün satışın dayandırılması həm də müdafiə məqsədi ilə satışın olmaması deməkdir. Bunları dayandırmaq bu hökumətin günlər sonra qəbul edəcəyi yanlış bir davranış olardı. Mən bunu etməyəcəyəm" dedi.

İngiltərə Baş naziri Keir Starmer 7 oktyabr hücumlarının birinci ildönümü ilə əlaqədar İngiltərə parlamentində keçirilən iclasda deputatların suallarını cavablandırıb.

Əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsi lazım olduğunu bildirən Starmer 7 oktyabrın həm də bütün bölgə üçün hüzn günü olduğunu bildirib.

Qəzzadakı mülki itkilərin dağıdıcı olduğuna diqqət çəkən Starmer, "41 mindən çox fələstinli öldürüldü, on minlərlə yetim qaldı, təxminən 2 milyon insan evindən didərgin düşdü, lazımi tibbi yardım göstərilmədən xəstəlik, aclıq və ümidsizliklə üzləşdi. Bu, kabusdur və o, bitməlidir" deyib.

Bölgədəki bütün günahsızların və İngiltərədə nifrət cinayətlərinin hədəfi olan bütün müsəlmanların və yəhudilərin yanında olduqlarını vurğulayan Starmer, "Azlıqlara edilən hər cür hücum bütün dəyərlərimizə, tolerantlığımıza və hörmətimizə hücumdur" dedi.

İsrailin İrana qarşı özünü müdafiə haqqını dəstəklədiyini vurğulayan Starmer, "Bölgə buna daha bir il dözə bilməz. Hər tərəfdən mülki əhali çox əziyyət çəkdi. Bütün tərəflər uçurumun kənarından geri çəkilməli və cəsarətli olmalıdır" dedi.