USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Netanyahudan Livana təhdid: "Son Qəzza kimi olacaq"

09.10.2024 Siyasət
0 0
Yaxın Şərqdə gərginlik artdıqca Netanyahu Livanın sonunun Qəzza kimi olacağı ilə hədələyib və livanlıları Hizbullaha qarşı çıxmağa çağırıb.

İsrailin baş naziri Benyamin Netanyahu Livanın "Qəzzaya çevrilə biləcəyi" ilə hədələyib.

Bəyanat İsrail ordusunun Livana daha çox əsgər göndərməsindən və ölkənin cənubu üçün evakuasiya əmrlərinin sahilyanı əraziləri də əhatə edəcək şəkildə genişləndirilməsindən sonra verilib.

Livanlılara videomüraciətində Netanyahu, “Sizin Livan Qəzzada gördüyümüz kimi dağıntılara və əzablara səbəb olacaq uzun müharibənin məngənəsinə düşməmişdən əvvəl onu xilas etmək imkanınız var” deyib. İsrail lideri “Livan xalqı, sizə deyirəm: Ölkənizi Hizbullahdan xilas edin ki, bu müharibə bitsin” deyib.

Bu bəyanatdan bir qədər əvvəl Livandan İsrailə 85 raket atılıb. Hizbullah İsrailin liman şəhəri Hayfanı hədəf aldıqlarını açıqlayıb. Qrup həmçinin Livanın bombalanmasına davam edərsə, İsrail yaşayış məntəqələrinə daha çox raket zərbələri endirməklə hədələyib.

Livanın cənubunda əməliyyat ərazisini genişləndirən İsrail dənizdən əməliyyat keçirməyə hazırlaşır. İsrail ordusunun ötən gün "Dənizdən və çimərliklərdən uzaq durun" çağırışının ardından bölgədə balıqçılıq fəaliyyətləri dayandırılıb. Sidon şəhərində balıq bazarları qeyri-adi dərəcədə sakitləşib.