USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransanın 34 əyalətində narıncı xəbərdarlıq

09.10.2024 Siyasət
0 0
Fransanın 34 əyalətində daşqın və fırtınalar səbəbindən xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib.

Fransanın Meteo-France meteoroloji xidmətinin məlumatına görə, dünən 19 əyalətdə təsirlənən əlverişsiz hava şəraiti ölkənin bir çox bölgəsində bu gün də davam edir.

Sel və fırtına riski ilə əlaqədar "narıncı xəbərdarlıq" verilən əyalətlərin sayı 34-ə yüksəldiyi halda, eyni səbəblərlə "sarı həyəcan" verilən əyalətlərin sayı 47-yə çatıb.

Ölkənin cənubunda, Pireney bölgəsinin qərbində sürəti saatda 150 kilometrə çatan küləyin əsəcəyi, Paris regionu və Pay-de-la-Luara əyalətində isə leysan yağışların yağacağı gözlənilir.