USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden-Netanyahu görüşündən sonra Ağ Evdən verilən açıqlama

10.10.2024 Siyasət
0 0
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha bəyan edib və Beyrutun sıx məskunlaşdığı ərazilərdə mülki insanlara dəyən zərərin minimuma endirilməli olduğunu bəyan edib. Görüşdə, həmçinin HƏMAS-ın girovlarını azad etmək üçün təcili diplomatiyaya qayıtmağın zəruriliyi müzakirə edilib.

ABŞ prezidenti Co Baydenlə İsrailin baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığı ilə bağlı Ağ Evdən rəsmi açıqlama verilib. Açıqlamada ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də görüşdə iştirak etdiyi və Baydenin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha vurğuladığı bildirilib.

Bəyanatda Baydenin İranın oktyabrın 1-də İsrailə ballistik raket hücumunu birmənalı şəkildə pislədiyi bildirilib. Həmçinin qeyd olunub ki, ABŞ prezidenti Livan və İsrail vətəndaşlarının Mavi Xəttin hər iki tərəfindəki evlərinə təhlükəsiz şəkildə qayıtmasına imkan verəcək diplomatik həll yolunun vacibliyinə diqqət çəkib. İsrailin öz vətəndaşlarını qorumaq haqqını dəstəklədiyini ifadə edən Bayden, xüsusilə Beyrutun sıx məskunlaşdığı bölgələrdə mülki şəxslərə dəyən zərərin minimuma endirilməli olduğunu vurğulayıb.

Qəzzədəki vəziyyət və diplomatiya zərurəti gündəmdədir

Bəyanatda Qəzza məsələsinin də müzakirə edildiyi və liderlərin “Həmas tərəfindən saxlanılan girovların azad edilməsi üçün təcili diplomatiyaya qayıtmağın zəruriliyi” vurğulanıb. Bayden Qəzzadakı humanitar vəziyyəti və bölgənin şimalına çıxışın bərpa edilməsinin vacibliyini gündəmə gətirərək, həm Livan, həm də İsrail tərəfində mülki itkilərin qarşısını almaq üçün daha çox diplomatik səylərin göstərilməli olduğunu bildirib.

Ağ Evdən verilən açıqlamada, “Liderlərin yaxın günlərdə həm birbaşa, həm də milli təhlükəsizlik qrupları vasitəsilə sıx əlaqə saxlamağa razı olduqları” bildirilib.