USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail prezidenti Hersoqdan açıqlama

11.10.2024 Siyasət
0 0
İsrail prezidenti İsaak Hersoq türk xalqına böyük hörmət bəslədiklərini bildirib və ölkəsinin Türkiyəyə qarşı heç bir planının olmadığını müdafiə edib. Bu bəyanat İsrailin maliyyə naziri Smotriçin “Böyük İsrail” obrazını canlandırmasına reaksiyaların davam etdiyi bir vaxtda verilib.

“Times of Israel” qəzetində yer alan xəbərə görə, Hersoq ABŞ-dakı yəhudi dərnəklərinin nümayəndələri ilə görüşündə dəyərləndirmələr aparıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamasını gördüyünü deyən Hersoq İsrailin Türkiyəyə qarşı heç bir planının olmadığını iddia edib.

Hersoq türk xalqına böyük hörmət bəslədiklərini, türk xalqının da İsrail xalqına eyni şəkildə hörmət etdiyini müdafiə edib.

Türk və İsrail xalqları arasında uzun müddətdir mövcud olan əlaqələrin olduğunu bildirən Hersoq, "Xalqın birliyi qardaşlığa və birlikdə yaşamağa mane olan bütün səslərin üstündə olacaq" deyib.

Hersoq İsrailin hücumlarının bölgədəki insanların sülh içində yaşamasını təmin edəcək tarixi dəyişikliyə səbəb olacağını iddia edib.

İsrail nazirinin "Böyük İsrail" təsviri

İsrailin ifrat sağçı maliyyə naziri Smotriçin sənədli filmdə verdiyi müsahibədə sərhədləri İordan çayının o biri sahilinə qədər uzanan "Böyük İsrail"in təsviri sosial mediada trend mövzusu oldu.

Rejissor Jerome Sesquinin çəkdiyi "İsrail: Xaos Nazirləri" adlı sənədli filmdəki çıxışında nazir Smotrich bildirib ki, İsrailin suverenliyi altında olan sərhədlər indiki vəziyyətləri ilə məhdudlaşmayacaq.