USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ prezidentliyinə namizəd Trampa 3-cü sui-qəsd

14.10.2024 Siyasət
0 0
ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının 2024-cü il prezident seçkilərində namizədi Donald Trampa qarşı üçüncü sui-qəsdin qarşısı şənbə günü Coachella Vadisində keçirilən mitinqdən əvvəl polis tərəfindən alınıb.

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı üçüncü sui-qəsdin qarşısı onun şənbə günü Koaçella vadisində keçirilən mitinqindən əvvəl son anda alınıb. Riverside qraflığının şerifi Çad Biankonun dediyinə görə, məmurlar mitinq yerindən təxminən bir mil məsafədə silah və saxta keçidlərlə tutulan bir adamı saxlayıblar.

“New York Post”un məlumatına görə, şübhəli mitinq zonasından təxminən yarım mil aralıda saxlanılıb və saxta press və VİP kartlar gəzdirdiyi aşkarlanıb.

Ov tüfəngi, tapança, yüksək tutumlu maqazin tapıldı

Polis Vem Miller kimi tanınan şübhəlinin üzərində dolu ov tüfəngi, tapança və yüksək tutumlu maqazin olduğunu açıqlayıb.