İranın xarici işlər naziri Abbas Arakçi İranın Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya ballistik raketlər göndərdiyi ilə bağlı iddiaları təkzib edərək, “Rusiyaya ballistik raketlər göndərməmişik. Avropaya İsrailin şantajına qarşı geri çəkilmək üçün bəhanə lazımdırsa, qoy başqa hekayə tapsın" deyib.
İranın xarici işlər naziri Abbas Arakçi İranın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya ballistik raketlər göndərməsi ilə bağlı iddialara münasibət bildirib. Arakçi sosial media hesabından verdiyi açıqlamada Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Baş Katibin müavini və Aİ Xarici Əlaqələr Xidmətinin Siyasi Direktoru Enrike Mora ilə Nyu Yorkda keçirdiyi görüşə toxunub:
“Josep Borrell Nyu-Yorkda Enrike Mora ilə görüşümdə İran və Rusiya arasında hərbi əməkdaşlığın yeni olmadığını və bu əməkdaşlığın Ukrayna böhranından əvvəl olduğunu bildirdim. Mən Borrelə dedim ki, bəzi Avropa ölkələri İsrailə yüksək texnologiyalı silahlar veriblər və İrana qarşı hərbi əməliyyatlarda həvəslə iştirak edirlər. Həmçinin xatırladım ki, ABŞ-ın maksimum təzyiq siyasəti hələ də davam edir və Avropadakı iqtisadi qurumlar ABŞ Maliyyə Nazirliyinin siyasətinə tam uyğundur".
“Biz Rusiyaya ballistik raketlər göndərməmişik”
İranın Rusiyaya ballistik raket göndərdiyi ilə bağlı iddiaları təkzib edən Ərakçi, “Yenə açıq deyirəm, biz Rusiyaya ballistik raket göndərməmişik. Avropaya İsrailin şantajına qarşı geri çəkilmək üçün bəhanə lazımdırsa, qoy başqa hekayə tapsın" deyib.
Qeyd edək ki, Avropa Birliyi İranın Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya ballistik raketlər göndərdiyini iddia edərək, ballistik raketlərin Rusiyaya ötürülməsində rolu olan qurum və şəxslərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını açıqlayıb.