İranın İsrailə hücumundan sonra Təl-Əviv rəhbərliyinin reaksiyası maraqla qarşılanıb. İlk hədəflər kimi İrandakı nüvə obyektləri, neft emalı zavodları və hərbi bazalar müəyyən edilib. Lakin İsrail ordusunun planlarını dəyişdiyi üzə çıxıb.
İran Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsrailə qarşı hücuma keçdi və bu hücum geniş əks-səda doğurdu. İsrail hücumu həzm etməyə çalışarkən, əks-hücum üçün də planlar qurmağa başladı.
Plan dəyişdi
Son iddialar İsrailin neft emalı zavodlarını, mühüm baza ərazilərini və hərbi obyektləri, o cümlədən İrandakı nüvə obyektlərini hədəf alacağı ilə bağlı idi.
Lakin İsrailin ən böyük dəstəkçisi olan ABŞ bu plana qarşı çıxıb.
Təl-Əviv həmçinin Bayden administrasiyasına İrandakı nüvə və neft obyektlərinin hədəf alınmayacağı barədə məlumat verib. Bildirilib ki, Ağ Ev bu addımı ilə daha da gərginliyin qarşısını almaq və neftin qiymətinin artmasının qarşısını almaq istəyir.