USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Meta-da restrukturizasiya: Instagram və WhatsApp-da yeni işdən çıxarmalar

17.10.2024 Siyasət
0 0
Meta Instagram, WhatsApp və Reality Labs bölmələrində işçilərini ixtisar edir. Şirkət strateji hədəflərinə uyğunlaşmaq üçün bəzi vəzifələrdə dəyişikliklər edir.

Xərcləri azaltmaq və strateji hədəflərə uyğunlaşmaq üçün Meta Instagram, WhatsApp və Reality Labs kimi əsas bölmələrdə ixtisar edib. Mövzu ilə bağlı məlumatlı mənbələrə əsaslanan The Verge xəbərinə görə, texnologiya nəhənginin bəzi komandalarında əhəmiyyətli dəyişikliklər edildiyi öyrənilib.

Meta sözçüsü tərəfindən edilən açıqlamada, şirkətin uzunmüddətli strateji hədəflərinə uyğunlaşmaq üçün bəzi komandaların yenidən strukturlaşdırıldığı və fərqli yerlərə köçürüldüyü bildirilib. "Bu dəyişikliklərə bəzi işçilərin yeni vəzifələrə təyin edilməsi və bəzi rolların ləğv edilməsi daxildir.

İxtisarların dəqiq sayı açıqlanmasa da, əvvəlki ixtisarlarla müqayisədə bu dalğanın daha az olduğu bildirilib. 2022-ci ilin noyabr ayından etibarən Meta xərcləri azaltmaq strategiyasına uyğun olaraq 21.000-dən çox işçini işdən çıxarıb. Şirkətin baş direktoru Mark Zukerberq 2023-cü ili “Məhsuldarlıq ili” kimi müəyyənləşdirib.

Meta-nın səhmləri bu il 60 faizdən çox artıb və şirkət xərcləri daha da optimallaşdırmaq üçün əməliyyat addımları atmağa davam edir.