İsrail mətbuatına danışan bir rəsmiyə əsaslanan xəbərdə, Tel-Əviv rəhbərliyinin oktyabrın 1-də həyata keçirilən raket hücumuna cavab olaraq İrana qarşı böyük bir hücum hazırladığı iddia edilib.
İsrailin dövlət televiziyası KAN-ın verdiyi xəbərdə adı açıqlanmayan bir İsrail rəsmisindən İsrailin İrana qarşı böyük bir hücuma hazırlaşdığı iddia edilib.
Bildirilib ki, hazırlıqlara İrandan mümkün cavaba əsasən müdafiə sistemlərinin möhkəmləndirilməsi də daxildir.
Qeyd olunub ki, bu axşam İsraildə keçiriləcək təhlükəsizlik kabinetində baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallanta böyük ehtimalla bu hücumun nə vaxt və necə baş verəcəyinə qərar vermək səlahiyyəti veriləcək.
İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücumuna cavab verəcəyini açıqlayıb.