USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Polşa Rusiya konsulluğunu bağlayır

22.10.2024 Siyasət
0 0
Polşa mümkün təxribatdan sonra Rusiyanın Poznan şəhərindəki baş konsulluğunu bağlamaq qərarına gəlib.

Bunu Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.

Nazirin sözlərinə görə, Baş Konsulluğun bütün əməkdaşları Polşa ərazisində arzuolunmaz şəxslər kimi tanınacaq.

Dünən Sikorski Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə Vrotslavda yanğın törətməkdə təqsirləndirilən diversantın saxlandığını elan edib.