USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

New York Times-dan bomba xəbərləri

23.10.2024 Siyasət
0 0
Texnologiya nəhəngi “Microsoft”un qurucusu Bill Qeytsin ABŞ-da keçiriləcək seçkilər öncəsi Demokratlar Partiyasının namizədi Kamala Harrisə böyük məbləğdə ianə verdiyi iddia edilib. Bildirilir ki, Qeyts 50 milyon dollarlıq ianəni birbaşa deyil, Harrisi dəstəkləyən qeyri-hökumət təşkilatı vasitəsilə edib. İllərdir siyasətdən uzaqlaşması ilə tanınan dünya şöhrətli milyarderin bu addımı təkcə ABŞ-da deyil, dünyada səs-küy yaratdı.

Dünya siyasəti qarşıdan gələn ABŞ seçkilərinə fokuslanarkən, Microsoft-un həmtəsisçisi Bill Qeytsin Demokratlar Partiyasından prezidentliyə namizəd kimi respublikaçı rəqibi Donald Trampla qarşılaşacaq Kəmalə Harrisə 50 milyon dollar bağışladığı məlum olub.

ABŞ-ın hörmətli qəzetlərindən olan The New York Times (NYT) xəbərinə görə, mövzu ilə yaxından tanış olan üç nəfər; Bill Qeyts 50 milyon dollarlıq ianəni yaxın ətrafına özəl olaraq xatırladıb.

NYT-nin xəbərlərində ianə məsələsinin xüsusilə Nyu-Yorkun keçmiş meri Mike Bloomberg kimi dostları arasında müzakirə edildiyi və gizli qalacağına dair məlumatlar da yer alırdı.

Onların adları açıqlanmır

Bill Qeyts “Future Forward USA Action” adlı təşkilata 50 milyon dollar bağışladı. Kamala Harrisi dəstəklədiyi bilinən bu qeyri-hökumət təşkilatı donorlarının kimliyini açıqlamır.

NYT-nin məlumatına görə, Microsoft-un həmtəsisçisi hər iki namizədlə işləyə biləcəyini vurğulasa da, keçmiş prezident Donald Trampın ikinci dəfə prezident olması ilə bağlı narahatlığını ifadə edib və Qeytsin şəxsi söhbətlərində açıqlamalar verdiyini bildirib.