USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əfqan Həmzəyev vəzifəsindən ayrıldı

28.10.2024 Siyasət
0 0
Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb.

Kommersant.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında sabiq hakim özü bildirib.

O, idmandan fərqli sahədən iş təklifi aldığı üçün belə qərar verdiyini deyib:

"Artıq bir həftədir ki, ayrılmışam. Başqa işə keçməyimlə əlaqədar öz istəyimlə istefa vermişəm. Yeni işim fərqli sahə üzrədir, idmanla bağlı deyil. Ancaq paralel olaraq idmanda da qalacağam. Hazırda futzalda hakim-inspektor kimi fəaliyyət göstərirəm”.

Qeyd edək ki, Ə.Həmzəyev 2023-cü ildən Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru idi.