USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya İrandakı səfirini geri çağırıb

29.10.2024 Siyasət
0 0
Almaniya vətəndaşının edam edilməsinə görə İrandakı səfirini geri çağırıb.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirib ki, Almaniya İran əsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə görə İrandakı səfirini geri çağırıb.

Eyni zamanda, Berlinin edama etirazını çatdırmaq üçün İranın müvəqqəti işlər vəkili Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan başqa Almaniyanın xarici işlər naziri Annalena Berbok Cəmşid Şarməhdin İran rejimi tərəfindən öldürülməsini pisləyib.

Qeyd edək ki, ötən gün Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhdi İranda edam edilib. Cəmşid Şarməhdi 2020-ci ildə BƏƏ-yə səfəri zamanı oğurlanaraq zorla İrana aparılıb. 2023-cü ilin fevralında İran məhkəməsi onu milli təhlükəsizliyə təhlükə törətməkdə ittiham edərək edam cəzasına məhkum edib. Cəmşid Şarməhdi 2008-ci ildə Şirazda dini mərkəzdə 14 nəfərin ölümü və 215 nəfərin yaralanması ilə nəticələnən ölümcül partlayış hadisəsində günahlandırılan Tondar adlı monarxist qrupa rəhbərlik etməkdə təqsirli bilinib.