USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyadan İranın 3 Baş Konsulluğu ilə bağlı yeni qərar

31.10.2024 Siyasət
0 0
Almaniya İranın Almaniya vətəndaşı Cəmşid Şarmehdi edam etməsinə cavab olaraq Frankfurt, Münhen və Hamburqdakı baş konsulluqlarını bağlamaq qərarına gəlib. Ölkənin Xarici İşlər Naziri Annalena Baerbok Almaniya vətəndaşının edam edilməsinin ciddi nəticələrə səbəb olacağını Tehrana dəfələrlə açıqladıqlarını bildirərək, “Bu səbəbdən İranın üç baş konsulluğunu bağlamaq qərarına gəldim. Frankfurt, Münhen və Hamburq".

Xarici işlər naziri Annalena Baerbok Almaniyanın Tehrandakı səfirliyinin açıq qalacağını bildirib və "Çünki onların bağlanması belə rejimlərə edə biləcəyimiz ən böyük yaxşılıq olacaq" deyib. 32 İran konsulluq məmuru bu vəziyyətdən təsirlənəcək və əgər Almaniya vətəndaşlığı yoxdursa, yaşamaq hüquqlarını itirəcək və ölkəni tərk etməli olacaqlar.

İranın Berlindəki səfirliyi açıq qalacaq

Almaniya hökuməti indiyədək yalnız bir dəfə belə cəza tədbirlərinə əl atıb, Ukraynaya hücum nəticəsində Rusiyanın 4 baş konsulluğunu bağlayıb. Bununla belə, İranın Berlindəki səfirliyi açıq qalacaq və Almaniyadakı 300 000 iranlı orada konsulluq xidmətlərini almağa davam edə bilər.