Fransada 7 ailə övladlarını zərərli məzmuna məruz qoymaqda ittiham edərək sosial media platforması TikTok-u məhkəməyə verib.
Milli mətbuatda yer alan xəbərlərə görə, Fransız ailələri TikTok-a qarşı iddia qaldıraraq, dünya səviyyəsində təxminən 1,6 milyard istifadəçisi olan platformanın alqoritminin uşaqların özlərinə zərər verə biləcəyi, intihara və qidalanma pozğunluğuna səbəb ola biləcək məzmunlar təqdim etdiyini bildirib.
İddiaçılar arasında qızları intihar edən iki ailə, həmçinin uşaqlarının TikTok məzmununa məruz qaldıqdan sonra intihara cəhd etdiyini iddia edən dörd ailə var. Sosial media platformasından şikayətçi olan başqa bir ailə isə müraciətə görə uşağın qidalanma pozğunluğu olduğunu iddia edir.
Nə oldu?
Təhlükəli məzmunu ilə uşaq və gənclər üçün təhlükə yaratdığı səbəbilə ABŞ və Avropanın müxtəlif yerlərində platformaya qarşı iddia qaldırılıb.
2016-cı ilin sentyabrında istifadəyə verilən qısa video paylaşma proqramı olan TikTok, Çin ana şirkəti ByteDance-ın çətiri altında fəaliyyət göstərir.
TikTok-un bu gün dünyada təxminən 1,6 milyard istifadəçisi var.