İran hökumətinin sözçüsü Fatma Mühacirani də Nazirlər Kabinetinin iclasından sonra mətbuat mənsublarının suallarını cavablandırarkən gündəmi dəyərləndirib. Mühacirani “Bizim üçün iki namizəd arasında heç bir fərq yoxdur” deyən ABŞ-da seçkilərin nəticələrinin iki ölkənin ümumi siyasətində dəyişikliyə səbəb olmayacağını bildirib.
İran hökumətinin sözçüsü Fatma Mühacirani ABŞ-dakı seçkilərin nəticələrini dəyərləndirərək deyib: "ABŞ-da keçirilən prezident seçkilərinin bizimlə çox əlaqəsi yoxdur. Çünki ABŞ və İranın ümumi siyasəti sabitdir. Biri dəyişdirilsə, çox şey dəyişməyəcək".
Mühacirani Donald Trampın qalibiyyət elanı ilə bağlı "Trampın yenidən qalib gəlməsindən narahat deyilik. Bizim üçün iki namizəd arasında heç bir fərq yoxdur" deyib.
İran hökumətinin sözçüsü Mühacirani əlavə edib ki, ABŞ seçkilərinin nəticələri iranlıların gündəlik həyatına təsir göstərməyəcək.