Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel bəyan edib ki, Avropa Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsindən sonra dəyişə biləcək geosiyasi reallıqlara qarşı hazır olmalı və müdafiə siyasətini gücləndirməlidir.
Avropa Parlamentinin (AP) Brüsseldə keçirilən Baş Assambleyasında ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinin Aİ-ABŞ münasibətlərinə təsiri ilə bağlı sessiya keçirilib.
Aİ Komissiyası adından danışan Borrell ABŞ-dakı dəyişikliyin qlobal dinamikaya təsir edəcəyini və bu vəziyyətin Aİ-ABŞ münasibətlərində ciddi dəyişikliklərə səbəb olacağını bildirib.
Borrell Trampın seçki kampaniyası zamanı verdiyi mesajların transatlantik iqtisadiyyatları və münasibətləri çətin vəziyyətə sala bilsə də, vəzifəyə gəldikdən sonra fərqli siyasət yürüdə biləcəyini xatırladıb və bu səbəbdən gələcəklə bağlı spekulyasiyalara yol verilməməsi lazım olduğunu qeyd edib.
Trampın ilk dövründən bəri Avropanın müdafiə xərclərinin yavaş artmasına işarə edən Borrell, “Trampın yenidən seçilməsi təhlükəsizliyimizi gücləndirməli və öz taleyimizi öz əlimizə almalı olduğumuzu açıq şəkildə bildirən bir şey olmalıdır” deyib.
Borrell “Bu, dünyanın sonu deyil, fərqli bir dünyanın başlanğıcıdır” deyərək, Aİ-ni hazır olmağa və yeni geosiyasi reallıqlara uyğunlaşmağa dəvət edib.