USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yeni qanun qəbul ediləcək

19.11.2024 Siyasət
0 0
Uzun müddət beynəlxalq münasibətlər çərçivəsində konsulluqda, səfirlikdə işləyən əməkdaşlarımız ciddi maliyyə problemləri ilə rastlaşıb. Amma indi yeni sistem tətbiq edilir.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, maliyyələşmə problemlərinin böyük əksəriyyəti öz həllini tapıb: “Yeni sistem maliyyələşmənin ildən-ilə artmasına hədəflənib. Beynəlxalq əlaqələrlə bağlı büdcədə artım görürük, bu, sevindirici haldır. Biz Milli Məclisdə “Diplomatik xidmət haqqında” qanunu yenidən müzakirə edib, qəbul edəcəyik. Bu maliyyələşmədə tətbiq edilən yeni sistemi də özündə əks etdirir. Diplomatik nümayəndəliklərin və səfirliklərin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə, Azərbaycan reallıqlarını beynəlxalq dünyaya çatdırmağa ayrılan vəsait kifayət edir. Bizə qarşı hiyləgər, ikili siyasət yürüdülür, bu büdcə o siyasətlərə cavab verməyə imkan yaradır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin yüksək səviyyədə təşkil olunması Azərbaycan iqtisadiyyatının yüksəlişi ilə əlaqədardır”.