ABŞ-da “Qara Cümə” satışlarının balansı açıqlanıb. Ölkədə pərakəndə satış həcmi ötən illə müqayisədə 3,4 faiz artıb. İnternet satışlarında artım nisbəti yüzdə 14,6-ya çatıb. Adobe Analytics, internet xərclərinin 10,8 milyard dollar olduğunu bildirdi.
Amerikalı istehlakçılar ölkədə “Qara Cümə” adlanan Şükran günündən sonrakı ilk cümə günü mağazaların təklif etdiyi endirimlərə və promosyonlara biganə qala bilməyiblər.
Mastercard SpendingPulse-in ilkin məlumatlarına görə, avtomobil istisna olmaqla, pərakəndə satışlar bu il keçən ilin eyni günü ilə müqayisədə 3,4 faiz artıb. Onlayn satışlar 14,6 faiz artarkən, mağaza satışları 0,7 faiz artıb.
Xərcləri 10 milyard dolları keçdi
Adobe Analytics məlumatlarına görə, onlayn xərclər 10,8 milyard dollara çatıb. Bu rəqəm ötən ilin eyni günündə 9,8 milyard dollar olaraq hesablanmışdı.
Pərakəndə satış üçün vacibdir
ABŞ-da Şükran Günü ilə başlayan “Qara Cümə”, kiçik müəssisələrin satışlarını artırmaq məqsədi daşıyan Kiçik Biznes Şənbəsi və Kiber Bazar ertəsi ilə davam edir və Milad və 31 dekabrda Yeni il gecəsi ilə sona çatır.