USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BMT Komitəsi: Boqota hava limanında 20 min naməlum cəsəd gizlənir

06.12.2024 Siyasət
0 0
Birləşmiş Millətlər Təşkilatının (BMT) Məcburi İtkinlər Komitəsi Kolumbiyaya səfəri zamanı paytaxt Boqotadakı hava limanının anqarında təxminən 20 min naməlum cəsədin gizlədildiyini iddia edib.

Milli mətbuatda yer alan xəbərə görə, BMT-nin Məcburi İtkinlər Komitəsinin eksperti Carmen Rosa Villa verdiyi açıqlamada cəsədlərin mühafizə altında saxlandığını və şəxsiyyətləri müəyyən edilə bilmədiyi və ya tapılması mümkün olmadığı üçün hələ də dəfn edilmədiyini bildirib.

Vilya, BMT-nin hava limanındakı naməlum cəsədlərdən narahat olduğunu ifadə edərək, "Lazımlı məhkəmə-tibbi araşdırmaları aparacaq təhsilli mütəxəssislər yoxdur. Tapılan qalıqları və ya cəsədləri qoruyub saxlayacaq yer yoxdur" deyib.

Kolumbiya Hüquq, Tibb və Məhkəmə Elmləri İnstitutu 20 min naməlum cəsədin hava limanında bir anqarda gizləndiyi iddialarını rədd edərək, sözügedən anqarın varlığından xəbərsiz olduqlarını açıqlayıb.

Meyitlərin Kolumbiyadakı qarşıdurmalarda həyatını itirən və ya illərdir itkin düşmüş insanlarla əlaqəsi olub-olmaması ilə bağlı heç bir açıqlama verilməyib.

Yerli KİV-in məlumatına görə, daha əvvəl Boqotadakı İtkin Şəxslərin Genetik Profilləri Bankında 8 min naməlum cəsədin tapıldığı, məlumat çatışmazlığı səbəbindən təhvil verilmədiyi və anbarlarda saxlanıldığı bildirilmişdi.