USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kremldən Bəşər Əsədlə bağlı açıqlama: Putin qərarı verdi

10.12.2024 Siyasət
0 0
Dünən 61 illik Baas rejiminin süqutundan sonra Suriya lideri Bəşər Əsəd ölkəsini tərk edib. Əsədin təyyarəsinin radarlardan itdiyi bildirilərkən, onun hansı ölkəyə getdiyi maraqla qarşılanıb. Məlum olub ki, Əsəd ailəsi ilə birlikdə Rusiyaya gedib. Mövzu ilə bağlı Kremldən verilən açıqlamada “Əsəd və ailəsinə sığınacaq verilməsi qərarı Putinə məxsusdur” ifadəsi işlədilib.

Suriyada silahlı müxalifət qüvvələri Dəməşqə nəzarəti ələ keçirərkən, Əsəd ailəsi ölkədən qaçıb. Əsədin dünən ailəsi ilə birlikdə Rusiyaya getdiyi məlum olub.

Putin qərar verdi

Kremlin sözçüsü Dmitri Peskov Əsəd və ailəsinə sığınacaq verilməsi qərarının Rusiya lideri Vladimir Putinə aid olduğunu bildirib. Peskov, "Bu kimi qərarlar prezidentin icazəsi olmadan qəbul edilmir. Bu, onun qərarıdır" deyib.

Putinin Əsədlə görüşməyi planlaşdırmadığını deyən Peskov Əsədin harada olduğu barədə məlumat vermək istəməyib.

Vaxta və ciddi məsləhətləşmələrə ehtiyac var

Suriyadakı Rusiya hərbi bazalarının vəziyyətinə də toxunan Peskov, "Bu, mühüm məsələdir. Bu barədə danışmaq bir az tezdir. Hər halda, bu, hakimiyyətdə olacaqlarla müzakirə edilməli bir məsələdir. Suriyada indi dəyişiklik və həddindən artıq qeyri-sabitlik dövrü davam edir. Ona görə də zamana və ciddi məsləhətləşmələrə ehtiyac var" dedi.

Peskov, sözügedən bazaların təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımların atıldığını bildirib.