USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniya: "Qolan təpələri işğal olunub, biz İsrailin ilhaqını tanımırıq"

10.12.2024 Siyasət
0 0
İsrail ordusunun Suriyadakı son hadisələri bəhanə edərək, işğal altındakı Qolan təpələrindəki bufer zonanı ələ keçirməsi ilə bağlı İngiltərə Xarici İşlər Nazirliyi, “Mövqeyimiz aydındır, Colan təpələri işğal olunmuş ərazidir və İsrailin ilhaqını tanımırıq" bəyanat verib.

İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü, AA müxbirinin mövzu ilə bağlı sualına yazılı şəkildə cavab verib və "İsrail, Colan Təpələrindəki bufer zonada mövcudluğunun müdafiə məqsədli, məhdud və müvəqqəti olduğunu açıq şəkildə ifadə edib. Biz İsrailin tələblərə əməl etməsini gözləyirik" deyib.

Sözçü bir daha İsraili və bütün tərəfləri beynəlxalq hüquqdan irəli gələn sülh, sabitlik və təhlükəsizlik öhdəliklərinə əməl etməyə çağırıb.

Sözçünün bəyanatında Britaniyanın Qolan təpələri ilə bağlı mövqeyini ifadə edən bəyanatlar da yer alıb.

Açıqlamada xarici işlər naziri Devid Lamminin dünən israilli həmkarı Gideon Saar ilə məsələni müzakirə etdiyi və "Mövqeyimiz aydındır, Colan təpələri işğal olunmuş ərazidir və biz İsrailin onu ilhaqını tanımırıq" ifadələrindən istifadə edilib.