ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ABŞ-da doğuşla avtomatik əldə edilən vətəndaşlıq hüququna son qoymağı planlaşdırır.
Noyabr ayında keçirilən prezident seçkilərində qalib gəldikdən sonra ilk dəfə NBC-nin "Meet the Press" proqramına danışan Tramp "ABŞ-da doğuşla vətəndaşlıq hüququna son verməliyik. Bu cəfəngiyyatdır" deyib.
ABŞ-da yaşayan sənədsiz immiqrantlar üçün kütləvi deportasiya planlarını da təkrarlayan Tramp, ölkəyə uşaq ikən gələn mühacirlərə kömək etmək üçün Demokratlarla işləməyi təklif edib.
NBC-yə verdiyi açıqlamada immiqrasiya mövzusuna toxunan Tramp, valideynləri ABŞ vətəndaşı olmasa belə, ABŞ-da doğulan hər kəsə ABŞ pasportu almaq hüququ verən doğuşdan olan vətəndaşlığın ləğvi ilə bağlı sərəncam alacağını bildirib.
Doğuş hüququ ilə vətəndaşlıq hüququ ABŞ Konstitusiyasına edilən 14-cü Düzəlişdən irəli gəlir və bu düzəlişdə deyilir ki, “Birləşmiş Ştatlarda doğulan bütün şəxslər Birləşmiş Ştatların vətəndaşlarıdır”.