USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Anti-inflyasiya tədbirləri öz töhfəsini verib" - Baş nazir

16.12.2024 Siyasət
0 0
"Artıq 11 ayda iqtisadi artım 4,1% olub, o cümlədən qeyri-neft sektorumuz 6.4% artıb. Strateji valyuta ehtiyatlarımız 72 milyard dolları ötüb. Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7.3%-ni təşkil edir".

Kommersant.az "Unikal"-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

"Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və bunun idxal qiymətlərinə azaldıcı təsiri inflyasiyanın aşağı səviyyədə qalmasını şərtləndirib. Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə öz töhfəsini verib".