USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

General təqaüdə göndərildi

20.12.2024 Siyasət
0 0
Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.

Kommersant.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

General-leytenantın yerinə hələ ki, təyinat yoxdur.

Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.