Almaniya Kansleri Olaf Şolts bildirib ki, gələcəkdə Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışmaq iyyətindədir. O, bu yolla Ukraynada münaqişənin sona çatmasına töhfə verməyi ümid edir.
Kommersant.az xəbər verir ki, bu sözləri O.Şolts Berlində Estoniya Baş naziri Kristen Mixal ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə Rusiya liderinə münaqişənin dayandırılması və qoşunların çıxarılmasının zəruriliyini aydın şəkildə izah etmək niyyətindədir.
Eyni zamanda, Şolts vurğulayıb ki, "ukraynalıların arxasından heç bir qərar qəbul edilə bilməz."
Rusiya Prezidenti Vladimir Putin isə dekabrın 19-da ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Moskva Ukrayna ilə şərtsiz danışıqlara hazırdır, lakin bu, mövcud vəziyyət və əvvəl əldə edilmiş razılaşmalar əsasında baş verməlidir.
Qeyd edək ki, Şolts noyabrın 15-də Putinlə telefon danışığı aparıb. Bundan əvvəl iki lider 2022-ci il dekabrın 2-də telefonla danışmışdılar. Kremlin məlumatına görə, onların sonuncu söhbətində Ukrayna, Yaxın Şərq və ikitərəfli əlaqələr müzakirə olunub. Putin və Şolts öz köməkçilərinin əlaqədə qalmasına razılaşıblar.