USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin: Bizi Üçüncü Dünya müharibəsi ilə qorxutmağa ehtiyac yoxdur

22.12.2024 Siyasət
0 0
Rusiyanın rəqibləri vəziyyəti gərginləşdirir, lakin bizi Üçüncü Dünya müharibəsi ilə qorxutmağa ehtiyac yoxdur.

Bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

“Çox təhlükələr var, onlar artır və biz görürük ki, düşmənimiz vəziyyəti gərginləşdirir, eskalasiyanı gücləndirir”, – Putin bildirib.

Rusiya Prezidenti rəqiblərinin gec-tez kompromisə gələcəyinə ümidvar olduğunu vurğulayıb.

“Biz bu kompromisləri axtarmağa hazırıq, lakin bu, maraqlarımıza ziyan vurmamalıdır”, – Putin əlavə edib.