USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Britaniya 10 il ərzində müdafiə xərclərini 14% artırıb

25.12.2024 Siyasət
0 0
Böyük Britaniyanın müdafiə xərcləri 2012-2022-ci illər arasında 14 % artıb.

Kommersant.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Məlumata görə, qeyd olunan dövrdə İran, Çin və Rusiyanın müdafiə xərcləri müvafiq olaraq 57 %, 60 % və 34 % artıb.

Qeyd edək ki, oktyabrda Böyük Britaniyanın Maliyyə Nazirliyi gələn il üçün hərbi ehtiyaclar üçün 56,9 milyard funt sterlinq (71,3 milyard dollar) ayrılmasını təsdiqləyib ki, bu da Rusiya Federasiyasının nəzərdə tutduğu rəqəmin yarısıdır.