USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tokayevin tapşırığı ilə təyyarə qəzasına görə Dövlət Komissiyası yaradıldı

25.12.2024 Siyasət
0 0
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Dövlət Komissiyası yaradılıb.

Kommersant.az xəbər verir ki, Komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.

Artıq Kanat Bozumbayev hadisə yerinə yola düşüb.

Eyni zamanda, təyyarənin qəzaya uğraması ilə Nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb.