ABŞ və Ukrayna hesab edir ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurula bilər.
Kommersant.az xəbər verir ki, bu barədə "Quardian" hər iki ölkənin rəsmi nümayəndələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Azərbaycandan da bir neçə mənbə sözügedən versiyanı müdafiə edir. Bu arada Rusiya isə bu bəyanatlardan yan keçməyə çalışır.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
İlkin məlumata görə, təyyarəmiz Qroznı üzərində Rusiyanın "Pantsir S1" raketinin hədəfi olub, eyni zamanda radioelektron mübarizə sistemi təyyarənin elektron sistemini sıradan çıxarıb. Qroznı, Mahaçqala və Minvod areroportları enişə icazə vermədiklərindən, təyyarə Aktau hava limanına üz tutub. (axar.az)