USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mulino: "Panama kanalı müzakirə olunmur"

28.12.2024 Siyasət
0 0
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalı düzgün idarə olunmasa, onun ABŞ-a qaytarılmasını tələb edəcəkləri barədə bəyanatı əks-səda verməkdə davam edir. Panama prezidenti Xose Raul Mulino bildirib ki, Panama kanalının statusu müzakirə mövzusu deyil.

Həftəlik mətbuat konfransında çıxış edən Panama prezidenti Xose Raul Mulino Panama kanalı ilə bağlı ABŞ ilə heç bir danışıqlar aparmayacaqlarını vurğulayıb.

"Kanal Panamadır"

Mulino ABŞ-ın seçilmiş prezidenti Donald Trampın açıqlamalarına da toxunaraq, "Bu prezidentin Panama kanalının Panamanın əlində olmasının hüquqi və siyasi reallığını yenidən qiymətləndirmək niyyəti ilə danışması mümkün deyil. Əgər belə bir niyyəti varsa, danışacaq bir şey yoxdur" ifadələrindən istifadə edilib.

Panama kanalının panamalılar üçün qürur mənbəyi olduğunu bildirən Mulino deyib: "Kanal Panamalıdır və panamalılara məxsusdur. Bu fakt ölkənin göz yaşları, zəhməti və fədakarlığı ilə əldə olunub və müzakirəyə açıq deyil”.

Kanal ödənişi məsələsi

Mulino kanalın rüsumları ilə bağlı prosesə də toxunaraq, "Kanalda ödənişlər nə prezidentin, nə də icra hakimiyyətinin özbaşına qərarları ilə müəyyən edilə bilməz. Bu mövzuda hörmət edilən qurulmuş bir proses var və bu proses həyata keçirilir" deyib.