USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Tik-toku məhkəməyə verəcək

28.12.2024 Siyasət
0 0
Donald Tramp Çinin TikTok platformasını ölkədə qadağan edən qanunun tətbiqi üçün son müddəti təxirə salmaq üçün Ali Məhkəməyə müraciət edib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəkili Con Sauer Çin sosial media platforması TikTok-a ABŞ-da qoyulan qadağanın təxirə salınması ilə bağlı yazılı açıqlama verib və Ali Məhkəməyə müraciət etdiyini açıqlayıb.

Sauer, TikTok-un bir Amerika şirkətinə satılması və ya başqa şəkildə ABŞ-da qadağan edilməsini nəzərdə tutan müvafiq qanunun Trampın vəzifəyə başlamasından düz bir gün əvvəl qüvvəyə mindiyini xatırladaraq, məhkəmədən bu prosesin uzadılmasını tələb etdiklərini bildirib.

Con Sauer, Trampın yeni prezident olaraq məsələ ilə məşğul olacağını və Ali Məhkəmənin işi daha əhatəli şəkildə araşdırıb nəticə çıxara bilməsi üçün qadağa qərarının icra tarixinin təxirə salınmasını istədiklərini vurğulayıb.

“Tramp problemi siyasi yolla həll etməyin yolunu axtarır”

“Prezident Tramp ABŞ-da TikTok qadağasına qarşıdır və vəzifəyə gəldikdən sonra məsələni siyasi yollarla həll etməyə çalışır”, - deyə Sauer bildirib. ABŞ Ali Məhkəməsi yanvarın 10-da Çin sosial şəbəkə platforması TikTok-un ABŞ-da qadağan edilməsini və ya onun Amerika şirkətinə satılmasını təklif edən hüquqi tənzimləmə ilə bağlı işdə tərəflərin şifahi arqumentlərini dinləyəcəyini açıqlayıb.

TikTok-u qadağan etməyə imkan verən tənzimləmə

Bayden administrasiyası TikTok-a 2025-ci il yanvarın 19-na qədər vaxt verib ki, Çinin ByteDance şirkəti ilə əlaqələri dayandırsın, əks halda şirkət ABŞ-da qadağan olunacaq və istifadəçiləri ona daxil ola bilməyəcək.

ABŞ-da 170 milyon istifadəçisi olan TikTok da bu qanunun ABŞ Konstitusiyasının 1-ci maddəsində ifadə azadlığını pozduğunu və ABŞ-ın “açıq internet” siyasətini pozduğunu əsas gətirərək, bu qanunun ləğvi üçün Apellyasiya Məhkəməsinə müraciət edib.