Finlandiya-Rusiya sərhədi fin hökumətinin ehtiyat etdiyi təhdidlərə görə, yaxın perspektivdə bağlı qalacaq.
Kommersant.az xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Petteri Orpo jurnalistlərə açıqlamasında deyib.
“Təhdidlərlə bağlı rəyimiz dəyişməyib”,- fin hökumət başçısı bildirib.
Orpo ehtiyat edir ki, sərhəd-nəzarət buraxılış məntəqələrinin işini bərpa edəcəyi təqdirdə Rusiya sərhəddən saxta sənədlərlə adamlar keçirə bilər.
“Məhz buna görə hal-hazırda eksperimental qaydada belə sərhədi açmaq olmaz”, - baş nazir əlavə edib.
Xatırladaq ki, Finlandiya hökuməti 2023-cü ilin noyabr ayından bəri Rusiya ilə quru sərhədini bağlayıb və bunu üçüncü ölkələrdən potensial qaçqını axını ilə əsaslandırıb.