Elon Musk Böyük Britaniyada Leyboristlər hökumətini zəiflətmək və alternativ siyasi hərəkatlara dəstək toplamaq istəyir. Mask Starmeri keçmiş qərarlarına görə istefaya çağırıb və Almaniya seçkilərində ifrat sağçı AfD-ni dəstəkləyəcəyini açıqlayıb.
Financial Times-ın məsələ ilə bağlı məlumatlı mənbələrdən aldığı məlumata görə, milyarder iş adamı İlon Mask Böyük Britaniyada Leyboristlər Partiyası hökumətini sarsıtmaq və alternativ siyasi hərəkatlara dəstək toplamaq yollarını araşdırır.
Cinsi təcavüzə göz yumma iddiaları
Dünyanın ən zəngin adamı və ABŞ prezidenti Donald Trampın yaxın dostu olan Mask tez-tez Britaniya siyasəti ilə bağlı açıqlamalar verir və Starmerin istefa verməli olduğunu müdafiə edir. Mask Starmeri 2008-2013-cü illərdə baş prokuror vəzifəsində çalışarkən qızlara qarşı cinsi təcavüzə göz yummaqda günahlandırır. Starmer isə baş prokuror olduğu müddətdə verdiyi qərarları müdafiə edir. Mask hələ Reuters-in suallarına cavab verməyib.
Maskın başqa ölkələrə müdaxiləsi
Keçən ay Musk fevral ayında Almaniyada keçiriləcək seçkilər ərəfəsində mühacir əleyhinə olan Almaniya üçün Alternativ (AfD) partiyasını dəstəklədiyini açıqlamışdı. Bu həftə Norveçin baş naziri Jonas Gahr Stoere Maskın ABŞ-dan kənar ölkələrdəki fəaliyyətinə qarışmasından narahatlığını bildirib.