Avropa İttifaqının (Aİ) daxili bazardan məsul komissarı Thierry Breton, amerikalı iş adamı İlon Maska məxsus X sosial media platformasının Avropada qadağan edilməsinin mümkün olduğunu açıqlayıb.
AB komissarı Breton Fransanın LCI kanalında iştirak etdiyi proqramda Aİ ölkələrinin X platformasını qadağan etməsinin texniki cəhətdən mümkün olduğunu və bunun “ixtiyari” bir təcrübə kimi deyil, hüquqi əsaslarla edilə biləcəyini bildirib.
Breton qeyd edib ki, Avropada X-i qadağan etmək qərarı şirkətin Birlik daxilində iki qanuna: Rəqəmsal Xidmətlər Aktı (DSA) və Rəqəmsal Bazarlar Aktı (DMA) ilə uyğun olub-olmamasına baxmaqla verilə bilər.
X-in daha əvvəl Braziliyada qadağan edildiyini xatırladan Breton, AB daxilində bənzər bir qərarın Elon Maska çox baha başa gələcəyini bildirdi.
İlon Mask və Avropa arasında mübarizə dərinləşir
ABŞ-ın 47-ci prezidenti Donald Trampın yeni administrasiyasının da üzvü olacaq Maska qarşı reaksiya onun ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasını tərifləyən və bəzi Avropa siyasətçilərini hədəf alan yazıları ilə başlayıb.
Maskın Avropada ifrat sağçı partiyaları dəstəkləyən yazıları əks reaksiyaya səbəb olub, avropalı liderlər milyarderi “seçkilərə və ölkələrin daxili işlərinə qarışmaqda” ittiham ediblər.